​Yunanıstanın görmə qüsurlu səhiyyə naziri xəstəxanaya yerləşdirilib

​Yunanıstanın görmə qüsurlu səhiyyə naziri xəstəxanaya yerləşdirilib Panayotis Kurublis sosial elmlər üzrə professor, həm də vəkildir
Digər ölkələr
24 Fevral , 2015 10:41
​Yunanıstanın görmə qüsurlu səhiyyə naziri xəstəxanaya yerləşdirilib

Bakı.24 fevral. REPORT.AZ/ Yunanıstanın səhiyyə naziri Panayotis Kurublis ürək ağrısından xəstəxanaya yerləşdirilib.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Afinadakı xəstəxanalardan birində müayinədən keçəndən sonra nazirin ürək damarlarında daralmanın olduğu aşkarlanıb. Bundan sonra həkimlər təcili cərrahiyyə əməliyyatına başlayıb.

Xatırladaq ki, Yunanıstanın ilk görmə üzürlü naziri olan Kurublis əməliyyatdan bir neçə gün sonra xəstəxanadan çıxarılacaq.

Xəbərə görə, ikinci dünya savaşında faşistlərdən qalma qumbaranın əlində partlaması nəticəsində Panayotis Kurublis görmə qabiliyyətini itirib.

Bu ilin yanvarında keçirilən parlament seçkisindən sonra SİRİZA hökumətində səhiyyə naziri təyin olunub.

O, Türkiyədən köçən yunan ailəsində dünyaya gəlib. Panayotis Kurublis sosial elmlər üzrə professor, həm də vəkildir. 

Son xəbərlər

Orphus sistemi