​Yunanıstanın əmək naziri: "Növbədənkənar seçkini istisna etmirəm"

​Yunanıstanın əmək naziri: "Növbədənkənar seçkini istisna etmirəm" Panayotis Lafanznisdir: "Avro və yeni müstəmləkəçiliyi keçmişdə saxlasaq, o zaman gələcəyimiz olacaq"
Digər ölkələr
13 İyul , 2015 13:21
​Yunanıstanın əmək naziri: Növbədənkənar seçkini istisna etmirəm

Bakı. 13 iyul. REPORT.AZ/ "İndiki halda vəziyyəti sabitləşdirmək lazımdır. Hökumət parlamentdə çoxluğu itirərsə, mən hesab etmirəm ki, növbədənkənar seçkiyə getməyəcəyik".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Yunanıstanın əmək naziri Panos Skurletis bildirib.

O, növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna etməyib.

"Hökumətin kreditorlarla razılaşmanı imzalamasına etiraz edən hakim "SİRİZA" koalisiyasının deputatları istefa verərsə, o zaman növbədənkənar seçkinin keçirilməsi məntiqidir", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, "SİRİZA"-nın iki deputatı parlamentdə səsvermə zamanı kreditorlarla razılaşma haqda qərarın əleyhinə səs verib. Onların 8-i tərəfsiz qalıb, 7-si isə səsvermədə iştirak etməyib. Tərəfsiz qalanlardan biri də energetika naziri Panayotis Lafanznisdir. "Əgər avro və yeni müstəmləkəçiliyi hamımız birlikdə keçmişdə saxlasaq, o zaman gələcəyimiz olacaq", - energetika naziri bildirib. 

Son xəbərlər

Orphus sistemi