​Yunanıstanın bank sistemində cəmi 1 milyard avro qalıb

​Yunanıstanın bank sistemində cəmi 1 milyard avro qalıb "Likvidlik bazar ertəsinə qədər təmin olunub"
Digər ölkələr
4 İyul , 2015 02:02
​Yunanıstanın bank sistemində cəmi 1 milyard avro qalıb

Bakı. 4 İyul. REPORT.AZ/ Yunanıstanın bank sistemində cəmi 1 milyard avro qalıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Banklar Assosiasiyasının rəhbəri Lua Katseli məlumat verib.

"Likvidlik bazar ertəsinə qədər təmin olunub, ondan sonra bu, Avropa Mərkəzi Bankının qərarından asılı olacaq. Likvidlik yastığı artıq hardasa 1 milyard avro təşkil edir", - deyə Katseli bildirib.

Yunanıstan bankları xarici kreditorlarla danışıqların növbəti mərhələsinin uğursuzluqla nəticələnməsi ilə əlaqədar olaraq yaranan Yunanıstanın defolt olma ehtimalına dair şayələr fonunda iyunun 29-da bağlanıb.

Son xəbərlər

Orphus sistemi