Yunanıstanda zəlzələ baş verib

Yunanıstanda zəlzələ baş verib Yeraltı təkanların gücü 4,5 bal gücündə olub
Digər ölkələr
19 Sentyabr , 2016 08:40
Yunanıstanda zəlzələ baş verib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bazar ertəsi Yunanıstanın qərbində 4,5 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 07:59-da baş verib. Zəlzələnin episentri Afinadan 296 km. qərbdə və Patrı şəhərindən 122 km. qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı yerin 8 km. dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi