​Yunanıstanda yeni hökumətin tərkibi açıqlanıb

​Yunanıstanda yeni hökumətin tərkibi açıqlanıb Nazirlərin əksəriyyəti əvvəlki hökumətdə vəzifə tutan şəxslərdir
Digər ölkələr
23 Sentyabr , 2015 05:34
​Yunanıstanda yeni hökumətin tərkibi açıqlanıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Yunanıstan hökumətinin rəsmi nümayəndəsi çərşənbə axşamı Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

"Report" xəbər verir ki, gözlənildiyi kimi maliyyə, xarici işlər və müdafiə kimi əsas nazirlər öz vəzifələrində qalıblar.

Nazirlərin əksəriyyəti Aleksis Siprasın rəhbərlik etdiyi əvvəlki hökumətdə vəzifə tutan şəxslərdir.

Sentyabrın 20-də Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində avqustun 20-də baş nazir vəzifəsindən istefa verən Aleksis Siprasın SİRİZA koalisiyası qalib gəlib. SİRİZA səslərin 35,46%-ni toplayaraq parlamentdə 145 deputat mandatı alıb.

Son xəbərlər

Orphus sistemi