Bakı. 17 dekabr. REPORT.AZ/ Yunanıstanda telekanal binası yaxınlığında güclü partlayış olub.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, partlayıcı qurğu dünən gecə paytaxt Afinada "Skai" özəl televiziya kanalının binası qarşısında işə salınıb.
Deyilənə görə, partlayışdan əvvəl telekanalın mənzil-qərargahına hazırlanan aksiya barədə xəbərdarlıq zəngi edilib. Binadakı adamlar təxliyyə ediliblər.
Binaya ciddi ziyan dəyib.