Yuxarı

Yunanıstanda tanınmış terrorçu qadın tutulub

Yunanıstanda tanınmış terrorçu qadın tutulub
O, əri ilə birlikdə 2007-ci ildə ABŞ-ın Yunanıstandakı səfirliyinin binasını minaatanlardan atəşə tutub

Bakı. 5 yanvar. REPORT.AZ/ Yunanıstanda tanınmış terrorçu "Pola" ləqəbli 48 yaşlı Panayota Rupa tutulub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanları uzun müddət əvvəl onun barəsində axtarış elan edib.

İnformasiyaya əsasən, "Pola" Yunanıstanın paytaxtı Afinanın cənubunda yetkinlik yaşına çatmayan övladı ilə birlikdə yaşayırmış.

Məlumata görə, o, Yunanıstanda fəaliyyət göstərən solyönlü “İnqilabi mübarizə” terrorçu qruplaşmasının fəal üzvlərindəndir. "Pola" həm də tanınmış terrorçu Nikos Maziotisin həyat yoldaşıdır. O, əri ilə birlikdə bir sıra terror aktlarının törədilməsində iştirak edib. Onlar 2007-ci ildə ABŞ-ın Yunanıstandakı səfirliyinin binasını minaatanlardan atəşə tutublar. 2016-cı ildə isə Panayota Rupa ərini ələ keçirdikləri helikopterlə həbsxanadan qaçırılmasını təşkil etmək istəyib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi