Yunanıstanda Səudiyyə Ərəbistanı səfirliyinin binasına hücum olub

Yunanıstanda Səudiyyə Ərəbistanı səfirliyinin binasına hücum olub Bakı. 14 dekabr. REPORT.AZ/ Yunanıstanda “Rubikon” adlı qruplaşmanın anarxistləri Səudiyyə Ərəbistanının Afinadakı səfirliyinə hücum ediblər.
Digər ölkələr
14 Dekabr , 2017 16:21
Yunanıstanda Səudiyyə Ərəbistanı səfirliyinin binasına hücum olub
РИА Новости / Владимир Родионов

Bakı. 14 dekabr. REPORT.AZ/ Yunanıstanda “Rubikon” adlı qruplaşmanın anarxistləri Səudiyyə Ərəbistanının Afinadakı səfirliyinə hücum ediblər.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, onlar səfirliyin gözətçi köşkünü dağıdıb, diplomatik missiyanın ərazisinə naməlum əşyalar atıblar.

Anarxistlər bunu Səudiyyə Ərəbistanının ötən gün husi qiyamçılarını bombalamasına etiraz aksiyası olduğunu bildiriblər. Həmin bombalama nəticəsində 39 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

Qeyd edək ki, “Rubikon” cari ildə dəfələrlə müxtəlif müəssisələrin binasına hücum edib. Bu il noyabrın 17-də anarxistlər Yunanıstanın Müdafiə Nazirliyinin binasına soxulub və Baş Qərargahın binasına daxil olmağa çalışıblar. Oktyabrda isə onlar İspaniyanın Afinadakı səfirliyinə soxulublar. 

Son xəbərlər

Orphus sistemi