Afinada polislə anarxiyaçılar arasında toqquşma baş verib

Afinada polislə anarxiyaçılar arasında toqquşma baş verib Rayonda nəqliyyatın hərəkəti dayandırılıb
Digər ölkələr
20 Oktyabr , 2016 02:26
Afinada polislə anarxiyaçılar arasında toqquşma baş verib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afina şəhərinin Ekzarxia rayonunda xüsusi təyinatlı polis dəstələri ilə anarxiyaçılar arasında toqquşma baş verib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər yayıb.

Məlumatda bildirilir ki, polis təxminən 100 anarxiyaçıdan ibarət qrupun olduğu Politexnik Universitetini mühasirəyə alıb. Anarxiyaçılar asayiş keşikçilərinə "Molotov kokteyli", fişəng, daş atıblar.

Onlar həmçinin universiteti tərk etməzdən əvvəl zibil çənini yandırıblar.

Polis böyük miqdarda gözyaşardıcı qazdan istifadə edib. Rayonda nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, Ekzarxia rayonunda çoxlu sayda anarxiyaçı təşkilat var.

Son xəbərlər

Orphus sistemi