​Yunanıstanda parlament seçkilərində yenidən SİRİZA qələbə qazanıb

​Yunanıstanda parlament seçkilərində yenidən SİRİZA qələbə qazanıb Solçu partiya səslərin 35,54 faizini toplayır
Digər ölkələr
21 Sentyabr , 2015 01:51
​Yunanıstanda parlament seçkilərində yenidən SİRİZA qələbə qazanıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində seçki bülletenlərinin 50 faizinin hesablanmasının yekunlarına görə solçu SİRİZA partiyası liderlik edir.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən “Reuters” xəbər yayıb.

İlkin məlumatlara əsasən, SİRİZA səslərin 35,54 faizini toplayır ki, bu da 300 yerlik parlamentdə onun 145 yeri tutmasına imkan verir. Onun əsas rəqibi sayılan mühafizəkar “Yeni demokratiya” partiyası səslərin 28,07 faizini toplayır və bu da parlamentdə 75 yer deməkdir. Seçicilərin seçkilərdə iştirakı 55,4 faiz təşkil edib.

Yunanıstan qanunvericiliyinə əsasən, seçkilərdə birinci yeri qazanmış siyasi qüvvə mexaniki olaraq parlamentdə əlavə 50 yer almış olur.

Son xəbərlər

Orphus sistemi