Bakı. 30 yanvar. REPORT.AZ/ Naməlum şəxslər Yunanıstanın paytaxtı Afinada dövlət naziri Alekos Flaburarisin yaşadığı evin yaxınlığına molotov kokteyli atıblar.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda yerli polis məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində dövlət mühafizə xidmətinə məxsus bir avtomobil yanıb, birinə isə ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.