​Yunanıstanda müxalifət lideri hökumət formalaşdırmaq hüququ qazanıb

​Yunanıstanda müxalifət lideri hökumət formalaşdırmaq hüququ qazanıb İndi Vangelis Meymarakisin koalisiya yaratmaq üçün üç gün vaxtı var
Digər ölkələr
21 Avqust , 2015 08:23
​Yunanıstanda müxalifət lideri hökumət formalaşdırmaq hüququ qazanıb

Bakı. 21 Avqust. REPORT.AZ/ Yunanıstanın "Yeni Demokratiya" müxalifət partiyasının lideri Vangelis Meymarakis ölkənin baş naziri Aleksis Siprasın istefasından sonra hökumət formalaşdırmaq hüququ qazanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, müvafiq qərar Yunanıstan Konstitusiyasına əsasən, ölkə prezidenti Prokopis Pavlopulos tərəfindən qəbul olunub.

İndi Meymarakisin koalisiya yaratmaq və ölkədə növbədənkənar seçkilərin keçirilməsindən qaçmaq üçün üç gün vaxtı var.

Eyni zamanda "Yeni Demokratiya" partiyasının növbədənkənar seçkilərə qədər hakim partiya olmaq şansı azdır. O, ölkə parlamentində 300 mandatdan yalnız 76-na nəzarət edir.

Son xəbərlər

Orphus sistemi