Yunanıstanda müvəqqəti hökumət fəaliyyətə başlayıb

Yunanıstanda müvəqqəti hökumət fəaliyyətə başlayıb Yunanıstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi Nazirlər Kabineti müavinlər və baş nazir də daxil olmaqla 23 nəfərdən ibarətdir
Digər ölkələr
28 Avqust , 2015 17:41
Yunanıstanda müvəqqəti hökumət fəaliyyətə başlayıb

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Prezident Sarayında Yunanıstanın müvəqqəti hökuməti dövlət başçısı Prokopis Pavlopulosun iştirakı ilə keçirilən mərasimdə and içib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

Ali Məhkəmənin sədri Vasiliki Tanu-Xristofilunun rəhbərlik etdiyi Nazirlər Kabineti müavinlər və baş nazir də daxil olmaqla 23 nəfərdən ibarətdir. Onun əsas vəzifəsi növbədənkənar parlament seçkilərinin keçirilməsi olacaq. 

Dünən müvəqqəti hökumətin baş naziri, Yunanıstan Ali Məhkəməsinin sədri Vasiliki Tanu-Xristofilunun andiçmə mərasimi baş tutub. 

Müvəqqəti hökumətdə Yunanıstan Maliyyə Nazirliyinə son aylar beynəlxalq kreditorlarla danışıqlar aparan Yorqis Xuliarakis rəhbərlik edir. Ölkənin xarici işlər naziri isə artıq iki dəfə bu vəzifəni icra edən Petros Molivyatis olub. Nazirlər Kabinetinin tərkibini bu gün müvəqqəti hökumətin rəsmi nümayəndəsi Rodolfos Moronis elan edib. 

Son xəbərlər

Orphus sistemi