Yunanıstanda milyonçunun oğlunun törətdiyi yol qəzasında dörd nəfər ölüb - VİDEO

Yunanıstanda milyonçunun oğlunun törətdiyi yol qəzasında dörd nəfər ölüb - VİDEO Yüksək sürətlə hərəkət edən "Porsche" markalı avtomobil dayanacaqda park edilmiş "Honda Civic" maşınına çırpılıb
Digər ölkələr
27 Fevral , 2017 11:20
Yunanıstanda milyonçunun oğlunun törətdiyi yol qəzasında dörd nəfər ölüb - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ Yunanıstanda ağır yol qəzası baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qəza bazar günü günün ikinci yarısında Afina - Lamiya avtomagistralında qeydə alınıb. 

Belə ki, yüksək sürətlə hərəkət edən "Porsche" markalı avtomobil dayanacaqda park edilən "Honda Civic" maşınına çırpılıb. Hadisə nəticəsində dörd nəfər, o cümlədən 3 yaşlı uşaq həlak olub.

Qəzaya səbəb olan "Porsche" markalı avtomobildə "Jumbo" supermarketlər şəbəkəsinin sahibi Apostolos Vakakisin oğlu Yorqos və dostu olub. Onlar da qəzada həlak olublar.

Müşahidə kameralarının qeydlərinə əsasən, "Porsche"nin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında park yerində dayanmış digər maşına çırpılıb. "Honda"da olan 33 yaşlı qadın və 3 yaşlı uşaq həlak olublar. "Porsche"dəki şəxslərdən biri ön pəncərədən bayıra düşüb və aldığı zədələrdən keçinib, digəri isə maşında qalaraq yanıb.

Avtomagistralda maksimum icazə verilən sürət 120 km/saat olsa da, "Porsche"nin bu limiti aşdığı müəyyən edilib. KİV isə avtomobilin "ildırım sürətiylə uçduğunu" yazıb.

Son xəbərlər

Orphus sistemi