Yuxarı

Yunanıstanda meşə yanğınları qurbanlarının sayı 95 nəfərə çatıb

Bakı. 13 avqust. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afina şəhərinin ətrafında baş vermiş meşə yanğınlarında 95 nəfər ölüb, 30 nəfər xəsarət alıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Səhiyyə Nazirliyində məlumat verilib.

Məlumata görə, hazırda müalicə müəssisələrində yanaraq xəsarət alan 30 nəfər var. Onlardan 7-si reanimasiyadadır.

Xatırladaq ki, bu ilin iyul ayında Yunanıstanda anomal istilər səbəbindən temperatur 38-40 dərəcəyə yüksəlib. İyulun 23-də Afina şəhərinin ətrafında bir neçə böyük yanğın başlayıb və uzun müddət davam edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi