​Yunanıstanda keçirilən nümayiş zamanı 296 nəfər saxlanılıb

​Yunanıstanda keçirilən nümayiş zamanı 296 nəfər saxlanılıb Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib
Digər ölkələr
7 Dekabr , 2014 22:58
​Yunanıstanda keçirilən nümayiş zamanı 296 nəfər saxlanılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada keçirilən dinc nümayiş polis ilə qarşıdurmaya çevrilib.

"Report" "Daily Sabah" nəşrinə istinadən xəbər verir ki, nəticədə 296 fəal saxlanılıb ki, onların da 43 nəfəri həbs olunub.

Ötən gün bir neçə min insan 2008-ci il dekabrın 6-da polis tərəfindən güllələnərək öldürülən 15 yaşlı Aleksis Qriqoropulosun xatirəsini anmaq məqsədi ilə iki aksiya təşkil edib.

İlk etiraz marşı dinc keçib, ikinci yürüş iğtişaşa çevrilib. Fəallar zibil qutularını yandıraraq mağaza vitrinləri, avtobus dayanacaqları və telefon köşklərinə ziyan vurublar.

Aksiya zamanı yandırıcı qatışqlı şüşələrdən istifadə olunub. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib. 

Son xəbərlər

Orphus sistemi