Yuxarı

Yunanıstanda İran səfirliyinin iki əməkdaşına sui-qəsd olub

Yunanıstanda İran səfirliyinin iki əməkdaşına sui-qəsd olub
Diplomatik nümayəndəlik rəsmiləri yaralanıblar

Bakı. 3 aprel. REPORT.AZ/ Yunanıstanın hüquq-mühafizə orqanları İranın Afinadakı səfirliyinin iki əməkdaşına qarsı sui-qəsd faktı üzrə araşdırmaya başlayıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, martın 28-də naməlum şəxs İran səfirliyinin binası yanında iki nəfəri öldürmək niyyəti ilə yaralayıb.

Aprelin 1-də şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Bu, 47 yaşlı iranlı olub.

O, səfirlik əməkdaşlarına hücum etdiyini boynuna alıb. Həmçinin o, diplomatik missiyanın girişi yaxınlığında iki yanğın hadisəsində əli olduğunu etiraf edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi