Bakı. 19 aprel. REPORT.AZ/ Yunanıstan Parlamenti ölkədə ciddi rejimli həbsxanaların ləğv edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, yeni qanunun qüvvəyə minməsindən sonra bağlanacaq "Q" tipli türmələrdə terrorçuluğa görə mühakimə edilmiş xüsusi təhlükəli cinayətkarlar saxlanılırlar.
Bu həbsxanaların ləğvindən sonra yaşı 75-dən yuxarı olan və 10 ilədək azadlıqdan məhrum edilən dustaqlar azadlığa buraxılacaqlar.