Yunanıstanda 24 saatlıq ümumi tətil keçiriləcək

Yunanıstanda 24 saatlıq ümumi tətil keçiriləcək İki böyük həmkarlar ittifaqı birliyi tətildə iştirak edəcək
Digər ölkələr
8 Dekabr , 2016 05:31
Yunanıstanda 24 saatlıq ümumi tətil keçiriləcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Cümə axşamı Yunanıstanda hökumətin apardığı sərt iqtisadi tədbirlərə etiraz əlaməti olaraq 24 saatlıq ümummilli tətil keçiriləcək.

"Report" xəbər verir ki, ölkənin dövlət qulluqçularının iki böyük həmkarlar ittifaqı birliyi tətildə iştirak edəcəyini bildirib.

Xüsusilə, Bakı vaxtı ilə saat 16:00-dan qatar, tramvay və şəhərətrafı elektrik qatarı işləməyəcək, uzaq yola çıxan qatarlar cümə axşamı ümumiyyətlə marşruta çıxmayacaq. Həmçinin Ümumyunanıstan Dəniz Federasiyasına məxsus gəmilər limanlarda qalacaq.

Həkimlər, müəllimlər, maliyyə sektorunun işçiləri, vergi müfəttişləri də tətilə qoşulmaq niyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi