Yuxarı

Yunanıstan telekanalının keçmiş prezidenti koronavirusdan öldü

Yunanıstan telekanalının keçmiş prezidenti koronavirusdan öldü

Yunanıstanda “Alpha” telekanalının keçmiş prezidenti Manolis Malelis koronavirusun qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, 64 yaşlı Malelis son zamanlar yaşadığı Salonikidə ölüb.

Məlumata görə, keçmiş prezident əvvəllər Yunanıstanın Xarici İşlər Nazirliyində müxtəıif vəzifələrdə işləyib.

Qeyd edək ki, son sutka ərzində Yunanıstanda 6 nəfər ölüb, 95 nəfər yoluxub. Beləliklə, ölkədə pandemiyadan 38 nəfər ölüb, 1 156 nəfər isə yoluxub.

Bir neçə gün əvvəl Yunanıstanın məşhur “Katimerini” qəzetinin direktoru Aleksis Papaxelasın da koronavirusa yoluxduğu təsdiqlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi