Yunanıstan sahillərində mazut daşıyan tanker batıb

Yunanıstan sahillərində mazut daşıyan tanker batıb Patrul kateri 11 heyət üzvündən ikisini xilas edib
Digər ölkələr
11 Sentyabr , 2017 00:14
Yunanıstan sahillərində mazut daşıyan tanker batıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Pirey körfəzinin Yunanıstanın Pirey limanı sahillərində 2,2 min ton mazut və 370 ton dəniz qazoylu daşıyan tanker batıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları dənizin neft məhsulları ilə çirklənməsinin qarşısını almağa çalışırlar.

"Aqiya Zoni II" tankeri Pirey və Salamina adası arasında olan Atalanti adacığı yaxınlığında batıb. Gəmi "Aspropirqos" neftemalı zavodlarından çıxdıqdan sonra həmin ərazidə lövbər salıb.

Qeyd olunur ki, gözətçi kateri 11 heyət üzvündən ikisini xilas edib.

Kapitan və böyük mexanik mərkəzi Pirey limanına aparılaraq həbs olunub. Lakin sonra prokurorun sərəncamı ilə azad olunublar. Hazırda insidentin səbəbləri və şəraiti araşdırılır.

Son xəbərlər

Orphus sistemi