Yuxarı
    Bağlamaq

    Yunanıstan Rusiyanın iki diplomatını ölkədən çıxarır

    Bakı. 11 iyul. REPORT.AZ/ Yunanıstan Rusiyanın iki diplomatını ölkədən çıxarır, daha iki diplomata isə "milli təhlükəsizlik əleyhinə hüquqazidd əməllərə görə" ölkəyə girişi qadağan edir. 

    "Report"un məlumatına görə, bu barədə "Katimerini" qəzeti yazıb.

    Yüksək vəzifəli diplomatik mənbələrə istinad edən nəşrdə bildirilir ki, rəsmi Afina tərəfindən görülən tədbirlər Yunanıstanın daxili işlərinə müdaxilə hesab edilən ölkə ərazisindəki qanunsuz hərəkətlərə cavabdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi