Yunanıstan parlamenti maliyyə yardımına dair sazişi təsdiqləyib

Yunanıstan parlamenti maliyyə yardımına dair sazişi təsdiqləyib Qərar vergilərin artırılması və təqaüd yaşının qaldırılması kimi tədbirləri də nəzərdə tutur
Digər ölkələr
16 İyul , 2015 04:12
Yunanıstan parlamenti maliyyə yardımına dair sazişi təsdiqləyib

Bakı. 16 iyul. REPORT.AZ/ Yunanıstan millət vəkilləri üçüncü yardım paketini almaq üçün tələb olunan iqtisadi islahatlar qərarını təsdiq ediblər.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, növbəti 3 il ərzində 86 milyard avro məbləğində yardım paketini almaq istəyən Afina sərt qənaət tədbirlərinə əməl edəcək.

Yunanıstanla kreditorlar arasında əldə olunmuş razılaşma, o cümlədən, vergilərin artırılması və təqaüd yaşının 67-yə qaldırılmasını nəzərdə tutur.

Hökumət başçısı Aleksis Tsipras bu sənədin Yunanıstana avrozonada qalmağa imkan verəcəyini də diqqətə çatdırıb.

O deyib: “Mən yol verilən səhvlərə görə məsuliyyəti öz üzərimə götürürəm. İnanmadığım bu sənədi imzalamaqda məsuliyyət mənim üzərimə düşür. Lakin mən onu həyata keçirməyə borcluyam və öz məsuliyyətimdən yayınmaq fikrində deyiləm”.

Qeyd edək ki, Avroqrup bu gün Yunanıstan böhranını müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi