Yunanıstan hərbi donanmasının vertolyotu Egey dənizində qəzaya uğrayıb

Yunanıstan hərbi donanmasının vertolyotu Egey dənizində qəzaya uğrayıb Hazırda vertolyotlar və təyyarələr vasitəsilə axtarış işləri aparılır
Digər ölkələr
11 Fevral , 2016 11:41
Yunanıstan hərbi donanmasının vertolyotu Egey dənizində qəzaya uğrayıb

Bakı. 11 fevral. REPORT.AZ/ Göyərtəsində üç ekipaj üzvünün olduğu Yunanıstan hərbi donanmasına məxsus vertolyot Egey dənizində Leros adası yaxınlığında hərbi təlim zamanı yoxa çıxıb. "Report" "Pronews.gr" portalına istinadən xəbər verir ki, bu barədə hərbi donanmanın baş qərargahından məlumat verilib.

Məlumata görə, hava gəmisi ilə əlaqə itib. Təlim və manevrlər zamanı ekipaj hansısa qırıq və ya başqa problemlər barədə məlumat verməyib.

Yunanıstan KİV-inin yazdığına görə, qəzaya uğramış vertolyotun qalıqları Kinaros adasının sahillərində tapılıb. Amma göyərtədə olan iki pilot və bir mexanikin taleyi hələ də məlum deyil.

Hazırda Yunanıstan hərbi donanmasına məxsus vertolyotlar və təyyarələr vasitəsilə axtarış işləri aparılır.

Son xəbərlər

Orphus sistemi