Yunanıstan baş naziri Aİ-nin növbədənkənar sammitinin keçirilməsini tələb edəcək

Yunanıstan baş naziri Aİ-nin növbədənkənar sammitinin keçirilməsini tələb edəcək Tsipras sammitdən Yunanıstana yardımın üçüncü proqramı üzrə sazişin həyata keçirilməsini tələb edəcək
Digər ölkələr
27 Aprel , 2016 08:38
Yunanıstan baş naziri Aİ-nin növbədənkənar sammitinin keçirilməsini tələb edəcək

Bakı. 27 aprel. REPORT.AZ/ Yunanıstanın baş naziri Aleksis Tsipras bu gün Avropa Şurasının sədri Donald Tuska zəng edərək təcili olaraq Avropa İttifaqının növbədənkənar sammitinin keçirilməsini tələb edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Afina xəbər agentliyi məlumat yayıb.

Agentlikdən bilidirilib ki, hökumətdəki mənbə A.Tsiprasın sammitdən 2015-ci ilin iyulunda imzalanmış Yunanıstana yardımın üçüncü proqramı üzrə sazişin həyata keçirilməsini tələb edəcək.

Rəsmi Afinanın bu tələbinin səbəbi cümə axşamı Avrozona ölkələrinin Maliyyə Nazirləri Şurasının (Avroqrupun) Yunanıstan üzrə növbədənkənar iclasının keçirilməməsinə qərar verilməsidir. Hərçənd Yunanıstan hökuməti Avroqrupun aprelin 28-də əlavə iclasda ölkədəki vəziyyəti müzakirə edəcəyinə, islahat proqramına müsbət qiymət verəcəyinə və ölkənin dövlət borcu ilə bağlı müzakirələrə başlayacağına ümid edirdi.

Son xəbərlər

Orphus sistemi