Yuan istifadəsinə görə dünyada beşinci valyutadır

Yuan istifadəsinə görə dünyada beşinci valyutadır İlk üçlüyə dollar (bütün tranzaksiyaların 44,64%-i), avro (28,3%) və Britaniya funtu (7,92%) daxildir
Digər ölkələr
28 Yanvar , 2015 14:25
Yuan istifadəsinə görə dünyada beşinci valyutadır

Bakı. 28 yanvar. REPORT.AZ/ Yuan  dünyada yayılmasına və istifadəsinə görə hal-hazırda beşinci valyutadır. Çin milli valyutası ilə aparılan əməliyyatların məbləği 2014-cü ildə iki dəfə artıb. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir. 

Məlumatda qeyd olunduğuna görə, noyabr ayında yuan istifadə olunma sıxlığına görə hətta Kanada və Avstraliya dollarını da üstələyib. Dekabr ayında yuan ilə ödənişlərin sayı 2,17% artmaqla, maksimal həddə yüksəlib. 

2 ildən də az müddətdə Çin valyutası 8 bənd irəliləyib. 2013-cü ilin yanvar ayında ticarət əməliyyatlarının sayına görə yuan 13-cü yerdə qərarlaşıb. 

İlk üçlüyə dollar (bütün tranzaksiyaların 44,64%-i), avro (28,3%) və Britaniya funtu (7,92%) daxildir. 

Son xəbərlər

Orphus sistemi