"YouTube" video portalının baş ofisindəki atışmanın səbəbləri məlum olub

"YouTube" video portalının baş ofisindəki atışmanın səbəbləri məlum olub Bakı. 4 aprel. REPORT.AZ/ YouTube video portalının Kaliforniya ştatındakı baş ofisində baş verən atışma məişət zəminində olub.
Digər ölkələr
4 Aprel , 2018 05:51
YouTube video portalının baş ofisindəki atışmanın səbəbləri məlum olub

Bakı. 4 aprel. REPORT.AZ/ "YouTube" video portalının Kaliforniya ştatındakı baş ofisində baş verən atışma məişət zəminində olub.

"Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı iki şəxs "ABC"ə bildiriblər ki, bu, məişət zəminində baş verən hadisədir. Onlar bildiriblər ki, hadisə terrorçuluqla bağlı deyil.

Daha əvvəl ABŞ polisi "YouTube" video portalının Kaliforniya ştatının San-Bruno şəhərində yerləşən mənzil-qərargahında atışmanın olduğunu xəbər verib. Son məlumata görə, hadisəni qadın törədib. Atışma zamanı 4 nəfər xəsarət alıb. Cinayətkar öldürülüb.

Son xəbərlər

Orphus sistemi