Yuxarı

BMT: Yer kürəsi əhalisinin sayı 2100-cü ilədək 11 milyarda çatacaq

Hazırda planetimizdə təxminən 7,4 mlrd. insan yaşayır

Bakı. 22 iyun. REPORT.AZ/ Yer kürəsi əhasinin sayı 2050-ci ilədək 10 milyarda çatacaq, daha 50 ildən sonra isə 11 mlrd. olacaq.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin dərc etdiyi araşdırmada deyilir.

Hazırda planetimizdə təxminən 7,4 mlrd. insan yaşayır.

2050-ci ilədək əsas artım Hindistan, Nigeriya, Konqo Demokratik Respublikası, Pakistan, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziyada gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi