Yuxarı

Yeni Zelandiyada məscidə hücum edərək 50 nəfəri öldürən terrorçulardan birinin məhkəməsi olacaq

Yeni Zelnadiyada terrorçunun məhkəməsinin tarixi açıqlanıb

Yeni Zelandiyada məscidə silahlı hücum edərək 50 nəfəri öldürən Brenton Tarrant aprelin 5-də yenidən məhkəmə qarşısına çıxarılacaq.

“Report” “Yeniakıt”a istinadən xəbər verir ki, bunu onun vəkili Riçard Peters bildirib.

O, müvəkkilinin anlaqlı vəziyyətdə olduğunu vurğulayıb.

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyada məscidə silahlı hücum olub. Hadisə ilə bağlı istintaq davam edir. 

Martın 18-də terror qurbanlarının meyitnin tanınması prosesi başa çatıb. Onlardan 9-u Pakistan vətəndaşıdır. Rəsmi İslamaabad martın 18-ini ölkədə matəm elan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi