Yeni Zelandiyanın Ağ Adasında ("White Island") vulkan püskürməsi nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.
Bu barədə "Report"
Qeyd edilir ki, vulkan püskürməsi zamanı ağır xəsarətlər almış daha 1 nəfər aparıldığı Yeni Cənubi Uels klinikalarından birində ölüb.
Ştat polisi bu informasiyanı təsdiq edib. Öz növbəsində Yeni Zelandiya polisi bildirib ki, daha 2 nəfər itkin düşmüş hesab edilir
Yeni Zelandiyanın Ağ Adasında ("White Island") vulkan dekabrın 9-da püskürüb.