Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 5 nəfər ölüb

Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 5 nəfər ölüb Yeni Zelandiyanın şimal bölgəsindəki Vhakaari (Uayt - Ağ) adasında baş verən vulkan püskürməsi nəticəsində ilkin məlumata görə 5 nəfər ölüb.
Digər ölkələr
9 Dekabr , 2019 14:05
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 5 nəfər ölüb

Yeni Zelandiyanın şimal bölgəsindəki Vhakaari (Uayt - Ağ) adasında baş verən vulkan püskürməsi nəticəsində ilkin məlumata görə 5 nəfər ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Cakinda Ardern püskürmə vaxtı adada həm ölkə vətəndaşı, həm də əcnəbi 50-dək turistin olduğunu bildirib. Onların 30-dan çoxu “Ovation of the Seas” gəzinti gəmisinin sərnişinidir. Polis və hərbçilər tərəfindən 23 nəfər adadan təxliyyə olunub.

Polis komisarının müavini Con Tims brifinq zamanı adadakı şəraitin təhlükəsiz olmaması üzündən xilasetmə xidmətinin hələlik adaya çıxmadıqlarını deyib.

Son dəfə 2016-cı ildə uzunmüddətli püskürmə baş verdiyi Vhakaari adasının seysmik fəallığına baxmayaraq, turistlər tərəfindən həvəslə baş çəkilən yer olduğu da bildirilir.

Dekabrın 3-də GeoNet həmin vulkanın normal səviyyədən yüksək püskürmə fəallığı dövrünə qədəm qoyma ehtimalı barədə xəbərdarlıq edərək "hazırkı fəallıq səviyyəsinin ziyarətçilər üçün birbaşa təhlükə yaratmadığı"nı da qeyd etmişdi.

Son xəbərlər

Orphus sistemi