Yeni Zelandiyada kütləvi güllələnmənin olduğu məscidlər yenidən ibadət edənlərin ixtiyarına verilir

Yeni Zelandiyada kütləvi güllələnmənin olduğu məscidlər yenidən ibadət edənlərin ixtiyarına verilir Yeni Zelandiyada ötən həftə kütləvi güllələnmənin baş verdiyi Kraystçörç şəhərindəki məscidlər yenidən qapılarını ibadət edənlərin üzünə açır.
Digər ölkələr
21 Mart , 2019 14:34
Yeni Zelandiyada kütləvi güllələnmənin olduğu məscidlər yenidən ibadət edənlərin ixtiyarına verilir

Yeni Zelandiyada ötən həftə kütləvi güllələnmənin baş verdiyi Kraystçörç şəhərindəki məscidlər yenidən qapılarını ibadət edənlərin üzünə açır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyalı polisi "Twitter" vasitəsilə məlumat verib.

"Linvud prospektindəki məscidin bu gün ibadət edənlərin ixtiyarına veriləcəyi gözlənilir. Dindarlar cümə namazlarını burada qıla biləcək. Polis hadisə yerindəki işlərini tamamlayıb, lakin qarşıdakı günlərdə məsciddə olacaq. Dins prospektindəki məscid isə müsəlman icmasının ixtiyarına sabahdan veriləcək", - polisin məlumatında deyilir.

Xatırladaq ki, martın 15-də Kraystçörç şəhərindəki iki məsciddə ibadətə gələnlərə atəş açılması nəticəsində, polisin son məlumatlarına görə, 50 nəfər ölüb, daha 50 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi