Yuxarı

Yeni Zelandiyada iki təyyarə toqquşub, ölənlər var - FOTO

​Yeni Zelandiyada iki təyyarə toqquşub, ölənlər var

Yeni Zelandiyada yüngülmühərrikli iki təyyarə toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının saytı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Masterton səmasında baş verib. Qəza zamanı 2 nəfər ölüb. Hadisə nəticəsində hər iki təyyarə alova bürünüb.

Məlumatda qeyd edilir ki, hadisə yerinə güc strukturlarının qüvvələri göndərilib, qəzanın baş verdiyi əraziyə aparan yollar bağlanıb. Yeni Zelandiyanın Mülki Aviasiya İdarəsinin və Nəqliyyat Hadisələrinin Araşdırılması Komissiyasının əməkdaşları hadisənin başvermə səbəblərini araşdırmaq üçün əraziyə cəlb ediliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi