Yeni Zelandiyada güclü meşə yanğını səbəbindən 1000 sakin təxliyə edilib

Yeni Zelandiyada güclü meşə yanğını səbəbindən 1000 sakin təxliyə edilib Yanğınlar zamanı azı 1 nəfərin öldüyü bildirilir
Digər ölkələr
16 Fevral , 2017 08:15
Yeni Zelandiyada güclü meşə yanğını səbəbindən 1000 sakin təxliyə edilib

Bakı. 16 fevral. REPORT.AZ/ Yeni Zelandiyada güclü meşə yanğınları ilə əlaqədar Kraystçerç şəhərinin cənubundakı ərazilərdən 1000 sakin təxliyə edilib.

"Report"un məlumatına görə, bu barədə "Gazeta.ru" yerli mətbuata istinadən xəbər verib.

Məlumatda bildirilir ki, Port-Hill rayonunda 13 ev yanıb. Habelə güclü dağıntıların olduğu qeyd olunur. 

Təhlükəsizlik qüvvələri təbii fəlakətin baş verdiyi ərazidə yaşayan 1000-ə yaxın sakini evlərindən köçürüblər.

Yanğınlar zamanı azı 1 nəfərin öldüyü bildirilir. 

Son xəbərlər

Orphus sistemi