​Yeni Zelandiyada 6,4 bal gücündə zəlzələ baş verib

​Yeni Zelandiyada 6,4 bal gücündə zəlzələ baş verib İtki və dağıntı barədə məlumat verilmir
Digər ölkələr
6 Yanvar , 2015 03:52
​Yeni Zelandiyada 6,4 bal gücündə zəlzələ baş verib
Bakı. 6 yanvar. REPORT.AZ/ Yeni Zelandiyada 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, zəlzələ Yeni Zelandiyanın Cənub adasında, Metven şəhərindən 35 km aralıda baş verib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Bir qədər sonra 3,2 və 4,2 bal güclərində daha bir neçə zəlzələ qeydə alınıb.

İtki və dağıntı barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi