Bakı. 4 dekabr. REPORT.AZ/ Sakit okeanda, Yeni Zelandiyanın Şimal adasının Toranqa şəhərindən 688 km şimal-şərqdə 6 maqnituda gücündə zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan filialına istinadən "İnterfax" məlumat yayıb.
Seysmik hadisə dekabrın 4-ü Bakı vaxtı ilə 04:08-də qeydə alınıb. Zəlzələ titrəyişlərin intensivliyinə görə "dağıdıcı" kimi qiymətləndirilir.