Yuxarı

Yeni Zelandiya sahillərində güclü zəlzələ baş verib

Yeni Zelandiya sahillərində güclü zəlzələ baş verib

Yeni Zelandiya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, ABŞ Geologiya Xidməti (USGS) məlumat yayıb. 

Yerli vaxtla saat 06:02-də (Bakı vaxtı ilə 10:02) baş verən yeraltı təkan l’Esperans adasının 135 kilometr şimal-şərqində, 16 kilometr dərinlikdə qeydə alınıb.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl ölkədən şimal-şərqdə yerləşən Kermadek adaları yaxınlığında baş verən və yaxın ərazilərdə təlaşa səbəb olan 7,4 maqnitudalı zəlzələdən sonra Yeni Zelandiya Mülki Müdafiə və Fəlakətlərin İdarəolunması Nazirliyi sunami təhlükəsinin gözlənilmədiyini açıqlamışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi