Yeni yardım paketinə uyğun olaraq Yunanıstana 74 milyard avro ayrıla bilər

Yeni yardım paketinə uyğun olaraq Yunanıstana 74 milyard avro ayrıla bilər Avropa Stabillik Mexanizmi 58 milyard avro, Beynəlxalq Valyuta Fond isə daha 16 milyard avro ayıra bilər
Digər ölkələr
11 İyul , 2015 05:29
Yeni yardım paketinə uyğun olaraq Yunanıstana 74 milyard avro ayrıla bilər

Bakı. 11 iyul. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BFV) və Avropa Stabillik Mexanizmi (European Stability Mechanism - ESM) yeni yardım paketinə uyğun olaraq Yunanıstana 74 milyard avro ayırmağı planlaşdırır. Bu barədə "Report" RİA Novosti agentliyinə istinadən xəbər verir.

Belə ki, ESM rəsmi Afinaya 58 milyard avro, BFV isə daha 16 milyard avro ayıra bilər.

Daha əvvəl yunan rəsmilər bildirirdi ki, ölkənin bank sistemini xilas etmək üçün 14 milyard avroyadək vəsaiti tələb olunur.

Son xəbərlər

Orphus sistemi