Yeni Orleanda parkdakı atışmada 16 nəfər yaralanıb

Yeni Orleanda parkdakı atışmada 16 nəfər yaralanıb Atışma iki qruplaşma arasında yaşanıb, onlar gizlənə bilib
Digər ölkələr
23 Noyabr , 2015 09:38
Yeni Orleanda parkdakı atışmada 16 nəfər yaralanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Yeni Orleanda (Luiziana ştatı) Banni Frend parkında baş verən atışmada 16 nəfər yaralanıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsindən məlumat verilib.

Yeni Orleanın hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsi Tayler Qemblın verdiyi məlumata əsasən, insident yerli vaxtla təqribən 19:00-da (Bakı vaxtı ilə 05:00) ətrafında meydana gəlib. Onun sözlərinə görə, təcili zənglə hadisə yerinə gələn polis qorxu içində olan insan izdihamının içindən keçməli olub. Onların bəziləri atışmaya qədər parkda gəzirmiş, qalanları isə noyabrın 26-da qeyd olunacaq Şükran günü öncəsi paradda iştirak edirmiş.

Polis müəyyən edib ki, atışma iki qruplaşma arasında olub. Onlar qaçıb gizlənə bilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların kimliyini dəqiqləşdirməyə çalışır.

Son xəbərlər

Orphus sistemi