Bakı. 16 may. REPORT.AZ/ Sakit okeanın Fransaya məxsus olan Yeni Kaledoniya inzibati ərazisində 5,9 bal gücündə zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar bazar ertəsi yerli vaxtla 11.41-də qeydə alınıb. Episentr İl-Hanter adasından 92 km. şərqdə, ocaq isə 10 km. dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi gözlənilmir.