Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının 5 hərbçisi öldürülüb

Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının 5 hərbçisi öldürülüb Bakı. 23 may. REPORT.AZ/ Yəmənlə sərhəddə husi qiyamçıları biri zabit olmaqla Səudiyyə Ərəbistanının 5 hərbçisini öldürüblər.
Digər ölkələr
23 May , 2018 12:51
Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının 5 hərbçisi öldürülüb
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Yəmənlə sərhəddə husi qiyamçıları biri zabit olmaqla Səudiyyə Ərəbistanının 5 hərbçisini öldürüblər.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi yayıb.

“Kapitan Əhməd bin Vabil əl-Vabil Səudiyyə Ərəbistanının başqa 4 hərbçisi ilə birlikdə husi qiyamçıları ilə döyüşdə həlak olublar”, - agentlik vurğulayıb.

Bildirilib ki, Krallıq uzun zamandan sonra ilk dəfədir qiyamçılarla qarşıdurma nəticəsində itkilərini etiraf edir. Çünki əvvəllər onların sayı barədə məlumatı husi qiyamçıları yayırdılar.

Hadisə Səudiyyə Ərəbistanının cənubunda, Yəmənlə sərhəddə baş verib.

Son xəbərlər

Orphus sistemi