Yəmənin paytaxtında beynəlxalq hava limanı bağlanıb

Yəmənin paytaxtında beynəlxalq hava limanı bağlanıb Sana aeroportunun fəaliyyətini dayandırmasına səbəb Ərəb koalisiyasının kütləvi bombardmana başlaması olub
Digər ölkələr
9 Avqust , 2016 15:53
Yəmənin paytaxtında beynəlxalq hava limanı bağlanıb

Bakı. 9 avqust. REPORT.AZ/ Yəmənin paytaxtı Sanadakı beynəlxalq hava limanı xüsusi bildirişə qədər bağlanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Əl-Mayadin" telekanalının məlumatına görə, Sana aeroportunun fəaliyyətini dayandırmasına səbəb Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının hava limanına aparan yolları və əraziləri kütləvi bombardmana başlaması olub.

Qeyd edək ki, hazırda Yəmən paytaxtı Ənsarullahçılar (Allahın köməkçiləri - red) tərəfdarlarının nəzarəti altındadır.

Ən intensiv hücum şəhərin qida məhsulları istehsal edən ən böyük zavodunun yerləşdiyi Ən-Nahda rayonuna olub. Son məlumatlara görə, koalisiyanın hava hücumları nəticəsində 14 fabrik işçisi ölüb, onlarla adam yaralanıb.

Son xəbərlər

Orphus sistemi