Yəmənin keçmiş prezidenti ev dustağlığından azadlığa buraxılıb

Yəmənin keçmiş prezidenti ev dustağlığından azadlığa buraxılıb Hazırda keçmiş prezident Ədən şəhərinə gedir
Digər ölkələr
21 Fevral , 2015 14:58
Yəmənin keçmiş prezidenti ev dustağlığından azadlığa buraxılıb

Bakı. 21 fevral. REPORT.AZ/ Yəmənin keçmiş prezidenti Əbd Rəbbu Mənsur Hadi ev dustağı şəraitində yaşadığı sarayını tərk edib. 

"Report"un "Reuters" istinadən verdiyi xəbərə görə, şənbə günü səhər saatlarında M.Hadi ilk dəfə ölkənin paytaxtı Sənada yerləşən sarayı tərk edib. 

Qeyd edək ki, M.Hadi yanvar ayının sonlarında "Ənsarullah" (husi) Hərəkatının yaraqlıları tərəfindən ələ keçirilən sarayda bir neçə həftə qalmışdı.

Məlumata görə, hazırda keçmiş prezident ölkənin cənubuna, doğulduğu Ədən şəhərinə gedir.

Bundan öncə yüksək vəzifəli diplomata istinadən verilən məlumata görə, BMT Təhlükəsizlik Şurası ölkənin paytaxtı və bir sıra regionlarına nəzarət edən "Ənsarullah" Hərəkatının qarşısına 15 gün ərzində öz mövqelərinə yenidən baxılması, prezident M.Hadinin və hökümət üzvlərinin ev dustağlığından buraxılması, eyni zamanda, dövlət hakimiyyəti orqanlarına qarşı təcavüzə son qoyulması tələbini qoymuşdu.

Son xəbərlər

Orphus sistemi