Yəmənin cənub rayonları aviazərbələrə məruz qalıb

Yəmənin cənub rayonları aviazərbələrə məruz qalıb BMT-nin baş katibi Yəmənə qarşı aviazərbələrin yenidən başlanmasından narahatlığını bildirib
Digər ölkələr
23 Aprel , 2015 03:10
Yəmənin cənub rayonları aviazərbələrə məruz qalıb

Bakı. 23 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərliyi altında yaradılan Koalisiyanın Yəməndə husilərə qarşı apardığı əməliyyatlar davam edir.

"Report"un RIA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri ötən axşam Yəmənin cənubuna 5 aviazərbə endirib.

Əsas hədəf kimi husilərin nəzarətinə keçən Taiz şəhəri və bu şəhərdə yerləşən hərbi hissə seçilib. Şəhərdə güclü partlayış səsləri eşidilib.Xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, ərəb ölkələri koalisiyası aprelin 21-də Yəməndəki hərbi əməliyyatın sona çatdığını bəyan etmişdi.

Bu arada, BMT-nin baş katibi Pan Gi Mun Yəmənə qarşı həyata keçirilən aviazərbələrin yenidən başlanması ilə bağlı narahatlığını gizlətməyib: "Atəşkəs rejiminin ən qısa müddət ərzində əldə olunacağına ümid edirəm. Bunu səmimi olaraq söyləyirəm".       

Son xəbərlər

Orphus sistemi