Yuxarı

Yəmənin cənub-qərbində partlayış olub, səkkiz nəfər ölüb

Yəmənin cənub-qərbində partlayış olub, səkkiz nəfər ölüb
Terrorçu-kamikadze bomba yüklü avtomobili yerli polislərin yaxınlığında partladıb

Bakı. 24 fevral. REPORT.AZ/ Yəmənin cənub-qərbində partlayış olub. "Report" ərəb KİV-inə istinadən xəbər verir ki, partlayış səhər saatlarında Zincibar şəhərində baş verib.

Terrorçu-kamikadze bomba yüklü avtomobili yerli polislərin yaxınlığında partladıb. Nəticədə səkkiz nəfər, o cümlədən mülki vətəndaşlar həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi