Yəməndə onlarla uşaq öldürüldü

Yəməndə onlarla uşaq öldürüldü Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ölkələrinin hərbi qüvvələri Yəmənin şimalına hava zərbələri endiriblər.
Digər ölkələr
18 Fevral , 2020 00:48
Yəməndə onlarla uşaq öldürüldü

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ölkələrinin hərbi qüvvələri Yəmənin şimalına hava zərbələri endiriblər.

“Report” xəbər verir ki, bu barədə “Al Massira” telekanalı üsyançı “Ansar Allah” hərəkatının Səhiyyə Nаzirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, koalisiya qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı yerə endirilən zərbə nəticəsində 35 nəfər həlak olub, habelə 23 nəfər xəsarət alıb. Məlumata görə, ölənlərdən 26-ı, xəsarət alanlardan 18-i uşaqlardır.  

Son xəbərlər

Orphus sistemi