Yəmənə endirilmiş hava zərbələri nəticəsində 14 nəfər həlak olub

Yəmənə endirilmiş hava zərbələri nəticəsində 14 nəfər həlak olub Bakı. 27 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbələri nəticəsində 14 nəfər həlak olub.
Digər ölkələr
27 Dekabr , 2017 03:33
Yəmənə endirilmiş hava zərbələri nəticəsində 14 nəfər həlak olub

Bakı. 27 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbələri nəticəsində 14 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Əl-Məyadin" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, hava zərbələri ölkənin qərbindəki Əl-Hudeydə vilayətinə endirilib. Tuhayt yaşayış məntəqəsindəki ferma havadan hücuma məruz qalıb.

Ölənlərin hamısının bir ailənin üzvü olduqları ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi