Yəməndə vəbaya yoluxanların sayı 503 min nəfəri ötüb

Yəməndə vəbaya yoluxanların sayı 503 min nəfəri ötüb Onlardan 1975 nəfəri xəstəlikdən ölüb
Digər ölkələr
14 Avqust , 2017 23:40
Yəməndə vəbaya yoluxanların sayı 503 min nəfəri ötüb
Vortl.com

Bakı. 14 avqust. REPORT.AZ/ Yəməndə vəbaya yoluxanların sayı 500 min nəfəri ötüb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, xəstəliyin epidemiyasının qeydə alındığı 4 ay ərzində, avqustun 13-ə qədər vəbaya yoluxmaqda şübhəli bilinənlərin sayı 503484 nəfərə çatıb. Onlardan 1975 nəfəri xəstəlikdən ölüb.

Bildirilir ki, bir sıra ərazilərdə xəstəliyin yayılması əhəmiyyətli dərəcədə azalıb. Lakin hər gün 5 min nəfərə qədər insan bu virusa yoluxur. 

Son xəbərlər

Orphus sistemi