Yuxarı

Yəməndə vəbadan ölənlərin sayı 859 nəfərə çatıb

Yəməndə vəbadan ölənlərin sayı 859 nəfərə çatıb
116 min 700 nəfər vəba əlaməti ilə xəstəxanalara müraciət edib

Bakı. 11 iyun. REPORT.AZ/ Cari ilin 27 aprel tarixindən etibarən Yəməndə vəba epidemiyasından ölənlərin sayı 859 nəfərə çatıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.

Hesabata görə, ölüm halları Yəmənin 20 əyalətində qeydə alınıb. Vəba əlaməti ilə xəstəxanalara 116 min 700 nəfər müraciət edib ki, onların da 46 faizi yaşı 15-dən aşağı olan uşaqlardır. Yaşı 60-dan yuxarı olan əhalinin isə 33 faizi epidemiyanın qurbanı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi