Yuxarı

Yəməndə terror aktı nəticəsində 5 hərbçi ölüb

Yəməndə terror aktı nəticəsində 5 hərbçi ölüb
Minalanmış avtomobil DİN-in Cinayət Axtarış İdarəsi yaxınlığında partladılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Yəmənin Ədən əyalətində törədilən terror aktı nəticəsində 5 hərbçi ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, kamikadzenin idarə etdiyi minalanmış avtomobil Yəmən Daxili İşlər Nazirliyinin Hormaksar şəhərində yerləşən Cinayət Axtarış İdarəsi yaxınlığında partladılıb.

Ölkədə fəaliyyət göstərən heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi